Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeHadisəİmişlidə baş verən qəzada bir nəfər ölüb

İmişlidə baş verən qəzada bir nəfər ölüb

İmişlidə 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, İmişli şəhər sakini, 1971-ci il təvəllüdlü İsmayılov Müşfiq Museyib oğlu “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Yüngül xəsarət alan qızı isə ilk tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments