24.1 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvDünyaDünya yeni virusun qorxusu altında: Hantavirus İsrailə də çatdı

Dünya yeni virusun qorxusu altında: Hantavirus İsrailə də çatdı

Hantavirus infeksiyası İsraildə də aşkarlanıb.

Bu barədə məlumatı “The Jerusalem Post” nəşri yayıb.

İlk yoluxma halı Şərqi Avropaya səfər edib qayıdan bir şəxsdə qeydə alınıb. Məlumata əsasən, pasiyentdə virusun məhz “Avropa ştammı” aşkarlanıb. Bundan əvvəl analoji yoluxma faktları Fransa, İsveçrə və Cənubi Afrika Respublikasında da (CAR) müşahidə edilib.

Xüsusi olaraq qeyd edilir ki, İsraildəki bu hadisənin Cənubi Amerika ştammının yayıldığı “MV Hondius” kruiz laynerindəki virus alovlanması ilə heç bir əlaqəsi yoxdur.

Məlumata görə, sözügedən gəmidə virus səbəbindən azı üç nəfər ölüb, doqquz nəfər isə xəstələnib. Karantin məhdudiyyətləri tətbiq olunana qədər 40 sərnişin sahilə enməyə macal tapıb. Hazırda gəminin qısa müddət ərzində İspaniya sahillərinə çatacağı gözlənilir.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner