23.4 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvCəmiyyətMəhkəmə qərarı ilə doqquz uşağa doğum şəhadətnaməsi verilib

Məhkəmə qərarı ilə doqquz uşağa doğum şəhadətnaməsi verilib

2025-ci ildə doqquz uşağın doğum faktı məhkəmə və ya digər hüquqi prosedurlarla təsdiqlənib.

Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, şəxsiyyət vəsiqəsi olmayan uşaqların sənədləşdirilməsi və doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks profilaktik və hüquqi tədbirlər də davam etdirilərək 9 uşağın doğum faktının müəyyən edilməsi təmin olunub.

Məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilib və hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner