Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bununla bağlı Prezident İlham Əliyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Qeyd olunub ki, telefon söhbəti zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlər nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin regional və qlobal proseslər də müzakirə olunub.
Today, I received a phone call from President Emmanuel Macron (@EmmanuelMacron). During the phone conversation, we reviewed issues on the agenda of Azerbaijan–France bilateral relations and exchanged views on matters of mutual interest.
We also discussed regional and global… pic.twitter.com/3gROAA9lK4
— Ilham Aliyev (@presidentaz) May 21, 2026

