23.1 C
Baku
Cümə, İyun 5, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvKriminalCəlilabad sakini dayısı arvadını öldürdü

Cəlilabad sakini dayısı arvadını öldürdü

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir.

Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner