23.1 C
Baku
Cümə, İyun 5, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvHadisəTovuzda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Tovuzda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az apa-ya istinadən xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata əsasən, yaralılar arasında azyaşlıların da olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner