EvDünyaTürkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 360-dan çox saxlanılan var

Türkiyədə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 361 nəfər saxlanılıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir-biri ilə əlaqələndirilmiş əməliyyatlar son 20 gün ərzində Türkiyənin 39 vilayətində həyata keçirilib.

Saxlanılan şəxslər terror təşkilatının tərkibində fəaliyyət göstərməkdə, təşkilata maliyyə dəstəyi verməkdə ittiham olunurlar.

SON XƏBƏRLƏR
Mövzu üzrə