• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Məmur arvadının Bakının mərkəzindəki özbaşınalığı – FOTO

by
Mart 12, 2018
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Ərazini zəbt edən qadının əri və oğlu DİN və gömrükdə yüksək vəzifədə olub

Bakı şəhəri, Rəsul Rza küçəsi, ev 19-da yaşayan İsayeva Şəmsi Abıəli qızı və Məmmədova Afət Sahib qızı mətbuata müraciət ünvanlayıb. Müraciət Səbail rayonu, Rəsul Rza küçəsi 19 saylı evin həyətinə olan girişin böyük bir hissəsinin Vəliyeva Zərifa Fərzalı qızı tərəfindən zəbt edilməsi ilə bağlıdır:

“Adı çəkilən şəxsin adından istifadə edən onun Gömrük Komitəsində işləyən yüksək vəzifəli oğlu və DİN-nin keçmiş əməkdaşı olan polkovnik rütbəli əri R.Rza küçəsi 19 saylı evin giriş hissəsini qanunsuz və özbaşına olaraq zəbt etmiş və həmin bina sakinlərinin ümumi istifadəsində olan girişin çox hissəsini bağlamaqla sakinlərin mənzillərinə gedən girişdən istifadə edilməsinə ciddi maneə törədirlər. 

Hansı ki, həmin giriş bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş və hər hansı şəxsin mülkiyyətinə və istifadəsinə verilə bilməz. Həmin giriş eyni zamanda həyətə təcili tibbi yardım, yanğınsöndürmə vasitələrinin və digər mexaniki nəqliyyat vasitələrinin keçidinin təmin edilməsi üçün nəzərdə tutulub. Hazırda isə həmin keçid sərbəst hərəkətə maneə olmaqla yanaşı yuxarıda qeyd edilən təhlükəsizlik tələblərini də pozur və Zərifə Vəliyeva adlı qadının oğlu və ərinin kommersiya maraqlanın təmin edilməsi üçün istifadə edilir. Bununla bağlı dəfələrlə müvafiq icra hakimiyyəti və aidiyyatı qurumlara müraciət edilib, lakin müraciətlərimiz baxılmamış qalıb, Zərifə Vəliyeva adlı qadının oğlu və əri öz qanunsuzluğunu və hegomonluğunu davam etdiriblər.

Çoxsaylı müraciətlərimizdən sonra tərəfimizdən həmin zəbt edilmiş giriş hissənin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 29 aprel 2013-cü il tarixli və 21 yanvar 2014-cü il tarixli qərarları ilə Vəliyeva Zərifə Fərzalı qızının mülkiyyətinə verilməsi və ona çıxarış verilməsi vəzifəsi DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilməsi aşkar edilib. Həmin məhkəmə proseslərindən bina sakinlərinin xəbəri olmayıb, məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin və DƏDRX-nin nümayəndələri həmin qərarı mübahisələndirməyiblər. 

Halbuki bir qayda olaraq həmin orqanlar onların “maraqlarını təmin etməyən” məhkəmə qərarlarından yuxarı məhkəmə instansiyalarına şikayətlər edirlər. Bu halda isə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi hətta saxta aktla guya bina sakinlərinin əksər hissəsinin belə tikintiyə razı olması barədə mülahizə irəli sürüb. Həmin məhkəmə qərarlarından bu yaxınlarda xəbər tutaraq ondan apellyasiya qaydasında şikayət verilib, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin icraatındadır.

Qeyd etdiyimiz kimi, Vəliyeva Zərifə Fərzalı qızın oğlu Gömrük Komitəsində yüksək vəzifə tutan məmurdur, əri isə keçmiş DİN-nin polkovnik rütbəli əməkdaşıdır. Əslində həmin şəxslər Bakı şəhər İcra Hakimiyyəti, DƏDRX və məhkəmə orqanları ilə əlbir olaraq dövlətin və vətəndaşların qanunla qorunan maraqlarına zərər vururlar. Hazırkı halda da adları çəkilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə də qanunsuz təsir göstərməyə çalışırlar. Şəhərsalma və tikinti normalarının pozulması ilə qəbul edilmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 29 aprel 2013-cü il tarixli və 21 yanvar 2014-cü il tarixli məhkəmə qərarları qanunsuz və əsassız olmaqla həmin ərazidə yaşayan onlarla mülkiyyətçi və sakinlərin hüquqlarını kobud şəkildə pozub. 

Belə ki, bu qanunsuz zəbt edilmiş ərazidə yerləşən tikili binanın həyətinə xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən yanğınsöndürmə və təcili tibbi yardım maşınlarının girişini mümkünsüz edir. Narkoloji Dispanserdə baş vermiş yanğın hadisəsi bu qaydalara ciddi əməl edilməsini yenidən gündəmə gətirib və bu məsələ ölkə başçısı cənab İlham Əliyevin xüsusi nəzarətindədir. «Dövlət şəhərsalma norma və qaydaları»nın «Yanğın əleyhinə tələbləri»nə uyğun olaraq piyada yolları və nəqliyyat keçidləri layihələndirilərkən yanğınsöndürən maşınların yaşayış və ictimai binalara, o cümlədən onlara bitişik tikililərə yanaşması və yanğın söndürənlərin avtonərdivanlardan və ya avtoqaldırıcılardan hər hansı bir mənzilə və ya otağa keçə bilmək imkanı təmin edilməlidir. 

Bir qayda olaraq, nəqliyyat keçidlərinin kənarından mərtəbəliyi 10 qədər olan (10-da daxil olmaqla) binalaradək məsafəni 5-8 m; 10-dan çox mərtəbəli binalaradək isə 8-10 m qəbul etmək lazımdır. Bu zonada hasar çəkilməsinə, hava elektrik ötürücü xətlərinin yerləşdirilməsinə və ağacların sıra ilə əkilməsinə yol verilmir. Binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün yararlı, eni 6 m olan zolaqlar (maşınlardan yer örtüyünə və torpağa düşə bilən yük nəzərə alınmaqla) nəzərdə tutulmalıdır. Eyni zamanda bu cür tikililərin qanunvericiliyə, təhlükəsizlik qaydalarına zidd olduğunu nəzərdə tutan başqa normativ qaydalar da var. Bu qaydalara əməl edilməməsi Binəqədi rayonunda və Narkoloji Dispanserdə, eləcə də bundan öncə şəhərdə baş vermiş digər yanğınlar zamanı sakinlərin evakusiya edilməsində ciddi manelərin olması səbəbindən yaşanmış faciələrin təkrarlanması və daha ağır nəticələrə gətirib çıxarması ilə nəticələnə bilər. Ona görə də, bu ictimai və dövlət əhəmiyyətli problemi ictimailəşdirməyi Sizdən xahiş edirik”. 

//criminalaz.com

Previous Post

Bakının mərkəzində güclü külək ağacı yola aşırıb – VİDEO

Next Post

Bakının mərkəzində məscidin qarşısında olanlar dindarları qıcıqlandırdı – VİDEO

Next Post

Bakının mərkəzində məscidin qarşısında olanlar dindarları qıcıqlandırdı – VİDEO

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.