• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Keçmiş işçisi direktordan giley edir – Müraciət

by
Mart 13, 2018
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, bina 62, mənzil 7-də yaşayan Qasımova Şölə Qasım qızı 275 nömrəli tam orta məktəbin direktorundan şikayətçidir.

“Təzadlar” vasitəsilə Azərbaycanın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edən şikayətçi iddia edir ki, sözügedən məktəbin direktoru Fəridə Şərifova ona işdən çıxması ilə bağlı məcburi ərizə yazdırıb.

“Hörmətli Mehriban xanım!

Mən Qasımova Şölə Qasım qızı,2007-ci ildən paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyirdim. Çalışdığım müddətdə heç bir nöqsanım olmayıb. Lakin 2017-ci il sentyabrın 27-də 275 nömrəli tam orta məktəbinə direktor təyin olunan Fəridə Şərifova qərəzli şəkildə müxətlif bəhanələr gətirməklə mənə 2 dəfə töhmət verdi. Sonra isə təzyiqlər göstərərək işdən çıxmağım barədə ərizə yazmağımı tələb etdi. Bu barədə aidiyyəti qurumlara, o cümlədən prezident cənab İlham Əliyevə onlayn müraciət göndərdim. Müraciətimə müsbət cavab gəlsə də, direktor Fəridə Şərifova qanunsuz olaraq məni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdi.

Bunun da səbəbi o idi ki, əvvəlcədən direktor Fəridə Şərifova məni kabinetinə çağıraraq “Şölə xanım, mən bu vəzifəyə elə-belə gəlməmişəm, arxamda adamlarım var, özüm də lazım olan adamları görə-görə gəlmişəm. Əgər vəzifədə qalmaq istəyirsənsə, nə demək istədiyimi başa düşdün!” – deyə tələb etdiyi pulu vermədim. Ona üç övladım olduğunu, onları təkbaşına böyütdüyümü, hətta onlardan birinin ürək qüsurlu olduğunu və əməliyyatı Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə olunduğunu deməyimə də möhəl qoymadı.

İstirahət günlərinin birində direktor Fəridə Şərifova məni məktəbə çağırdı. Kabinetinə daxil olanda direktorun yanında tanımadığım iki kişi vardı. Onlar məndən seçki ilə bağlı sənədləri tələb etdi. Həmin adamların kimliyini soruşanda, direktor səsini yüksəldərək, “sənə nə var kimdirlər, belə qohumumdur, qardaşımdır” dedi.
Beləliklə, hədə dolu təkidlərlə məni 2011-ci ildən sədri olduğum seçki məntəqəsindən də işdən kənarlaşdırdı.

Direktorun arxasında dayanan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, onun bu qanunsuzluqlarına dəstək verən məktəbin həmkarlar ittifaqı təşkilatının sədri Sahab İsayev və təlim-tərbiyə işləri üzrə direktor müavini Ayişə Məmmədovadır.

Ümumiyyətlə, son illər 275 nömrəli tam orta məktəbdə təhsil adına yaraşmayan işlər cərəyan edir. Məktəbdə baş alıb gedən rüşvətxorluğa görə keçmiş direktor Elmira İsmayılova işdən çıxarılsa da, yeni direktor təyinatı heç nəyi dəyişmədi. Əksinə, direktor qanunsuzluqların sayını daha da artırmağa başladı. Bu barədə aidiyyəti qurumları xəbərdar etsəm də, direktor barədə heç bir tədbir görülmür. Görəsən, niyə?”

Şikayətlə bağlı 275 nömrəli tam orta məktəbin rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq. \\tezadlar.az\\

Previous Post

Tağı Əhmədovun hakim oğluna sərt ittihamlar – “Rauf Əhmədov qanunlardan bixəbərdir”

Next Post

Sərnişin metroda öpüşən cütlüyün üzərinə hücum çəkdi – Metroda biyabırçılıq

Next Post

Sərnişin metroda öpüşən cütlüyün üzərinə hücum çəkdi - Metroda biyabırçılıq

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.