• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Deputatlar tətilə çıxırlar

by
Dekabr 27, 2018
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Dekabrın 28-də MM-in payız (qış) sessiyasının, eləcə də, il ərzində sonuncu plenar iclası keçiriləcək.

Sonuncu iclasın gündəliyinə isə ən azı 44 məsələ daxil edilib.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Notariat haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Elektron ticarət haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Patent haqqında”, “Banklar haqqında” və digər qanunlara, o cümlədən, İnzibati Xətalar, Mülki, Gömrük, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər layihəsinə əsasən, Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir.

Odur ki, müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

Qeyd olunur ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən, müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və bir sıra şərtlərin birgə mövcud olduğu hallarda yol verildiyi müəyyən edilsə də, Məcəllənin 75-ci və 80-ci maddələrində tikinti obyektinin inşasına icazənin məhz müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verildiyi göstərilir.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanununun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən yeddi il sonra tətbiq edilməsi nəzərdə tutulur.

Hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

Beləliklə, müfəssəl planın məcburi tətbiqinin 2020-ci ildə həyata keçirilməsi planlaşdırılır.

MM-in sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul ediləcək.

Sessiya dövlət himinin oxunması ilə başa çatacaq və bununla da MM növbəti qış tətilinə çıxacaq. MM-in növbəti sessiyası, 2019-cu ilin yaz sessiyası fevral ayının 1-də öz işinə start verəcək.

Yanvar ayının 15-20-si tarixlərindən isə yaz sessiyası ilə bağlı komitə iclasları başlayacaq.//oxu.az

Previous Post

İki hakim vəzifəsindən gedir

Next Post

İtkin düşən məktəblinin atası: Oğlum dindardır, Kərbəladan təzə gəlmişdi

Next Post

İtkin düşən məktəblinin atası: Oğlum dindardır, Kərbəladan təzə gəlmişdi

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.