• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Kriminal

“Dedi ki, cinsi əlaqədə olmasam, məni vuracaq” – 27 yaşlı gənci 12 illik həbsə aparan cinayətlər

by
Yanvar 14, 2019
in Kriminal
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

27 yaşlı gənc iki nəfərə qarşı quldurluq etdiyi üçün 12 il həbs cəzası alıb.

Median.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 27 yaşlı Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. B.Qəhrəmanzadə məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bəşir Qəhrəmanzadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq bağlı basqın edərək quldurluq əməli törədib.

Belə ki, Bəşir Qəhrəmanzadə istintaqla müəyyən edilməyən şəxslərlə birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığında Ramil Muradov adlı şəxsi bıçaqlayaraq telefonunu və pulunu alıblar.

Bundan başqa isə İqrar Qəhrəmanova qarşı da həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib və telefonu ilə pulunu ələ keçirib.

Bəşir Qəhrəmanzadə istintaqa ifadəsində deyib ki, “20 Yanvar” metrostansiyasından üzü “Şamaxinka” istiqamətində gedərkən yol kənarında ağaclar arasında sonradan adının Ramil Muradov olduğunu bildiyi şəxsi görüb. Bəşir deyir ki, həmin zaman yanında Vahid adlı tanışı və Vahidin qohumu da olub.

Bəşirin sözlərinə görə, Ramil Muradov ağaclıq ərazidə tək olmayıb, onun yanında cinsi azlığın nümayəndəsi də olub.

Həmin ərazidə yaşadığını deyən Bəşir bildirib ki, gördüyü mənzərə onu əsəbləşdirib. Çünki dəfələrlə həmin ərazidə cinsiz azlıq nümayəndələri ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olurmuş: “Onları dəfələrlə oradan qovmuşuq. Bu dəfə də görəndə əsəbiləşdim. Onlara yaxınlaşdım. Özüm də içkili idim. Həmin şəxsin iki qolundan da tutub kənara çəkdim. Mübahisə edəndə cibimdən bıçaq çıxarıb onu vurdum. Sonra üzərində qiymətli əşya olar deyə ciblərinə baxdım. Cibində ancaq pul və telefon var idi”.

Bəşir Qəhrəmanzadə istintaqa ifadəsində İqrar Qəhrəmanovu vurmasının səbəbindən də danışıb. Deyib ki, dostları ilə şəhərin mərkəzin ərazisində gəzərkən İqrar Qəhrəmanovun velosiped sürdüyünü görüblər. Bəşirin dediyinə görə, tanışı Emin İqrara yaxınlaşaraq velosipedi sürməyə icazə verməsini xahiş edib. İqrar da bununla razılaşıb və velosipedi Eminə verib. Emin bir neçə dəqiqə velosipedi sürdükdən sonra hadisə yerindən qaçıb. Buna əsəbləşən İqrar isə Eminin ünvanına söyüş söyüb. Bir neçə dəqiqə sonra ara küçələrdə Emini axtarmağa başlayıblar. Emini tapan zaman isə Bəşir Emini söydüyünə görə İqrara bir yumruq vurub. Yerə yıxılan İqrarın pulunu və velosipedini götürərək hadisə yerindən qaçıblar.

İş üzrə zərərçəkmiş Ramil Muradov da dindirilib. O, ifadəsində hadisə zamanı içkili olduğunu deyib.

Qeyd edib ki, qohumu ilə “20 Yanvar”da görüşdükdən sonra içki içiblər. Sərxoş vəziyyətdə olan zaman 3 nəfər gəncin ona yaxınlaşdığını deyən Ramil Məmmədov bildirib ki, əvvəlcə telefonu itdiyi üçün həmin şəxslərdən şübhələnib. Lakin bir neçə dəqiqə sonra həmin gənclər Ramil Muradovun telefonunu ona təhvil veriblər.

R.Muradov deyib ki, bir neçə dəqiqə sonra “Şamaxinka”ya yaxın ərazidə marketdən çıxarkən qadın paltarında olan cinsi azlıq nümayəndəsi ona yaxınlaşaraq əlindəki pulları alıb və bidlirib ki, onunla cinsiz əlaqədə olmalıdır. R.Muradov içkili vəziyyətdə olduğu üçün bu təkliflə razılaşdığını deyib: “Əvvəlcə razılaşdım. Məni yaxınlıqdakı ağaclıq əraziyə apardı. Sonra fikrimi dəyişdim, pulumu tələb etdim. Bıçaq çıxarıb dedi ki, cinsiz əlaqədə olmasam, məni vuracaq. Bir neçə dəqiqə sonra 3 nəfər gənc bizə yaxınlaşdı. Məni sürüyüb kənara apardılar. Məni bıçaqla kimin vurduğunu bilmədim”.

İstinaq zamanı R.Muradov fərqli ifadələr verib. Əvvəlcə onu bıçaqla vuranın cinsi azlıq nümayəndəsi olduğunu deyən R.Muradov sonradan fikrini dəyişib. Bildirib ki, 3 nəfər gənc ona yaxınlaşıb, ikisi qollarından tutub, digəri isə onu bıçaqla vurub.

Digər zərərçəkmiş İqrar Qəhrəmanov da istintaq zamanı dindirilib. O, ifadəsində bildirib ki, “Tarqovı”da velosiped sürərkən tanımadığı şəxslər ona yaxınlaşıb velosipedini sürmək istədiklərini deyiblər: “Mən də razıalşdım. Hamısı sürdü, lakin sonradan adının Emin olduğunu bildiyim şəxs velosipedi götürüb getdi. Onu axtaranda söyüş söydüm.

İstintaq zamanı Rəşid Qəhrəmanzadənin yanında olduğu iddia edilən şəxslər müəyyənləşdirilməyib.

Previous Post

Azərbaycanda çörək və şirniyyatlar bahalaşdı – FOTOLAR

Next Post

Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı

Next Post

Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.