• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?

by
Fevral 19, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Paytaxtın Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki işıqforun fəaliyyət rejimi sürücüləri kifayət qədər narahat edir. Bir istiqamətə 90 saniyə qırmızı işıq yanması nəqliyyatın hərəkətində sıxlıq yaradır ki, bu da hərəkətin tənzimlənməsinin düzgün təyin edilmədiyinə dəlalət edir. Bəs bu problemi necə həll etmək olar? Hansı alternativ variantların tətbiq edilməsi zəruridir?

Median.Az oxu.az-a istinadən bildirir ki, nəqliyyat eksperti Elməddin Muradlı sürücülərin haqlı narazılıq etdiyini vurğulayıb.

Onun sözlərinə görə, sözügedən küçələrin kəsişməsində paralellik aparılmayıb:

“Yusif Səfərov küçəsini şəhərdən çıxış nöqtəsi kimi götürsək, Heydər Əliyev və Babək prospektlərinə çıxış var. Amma Afiyəddin Cəlilov küçəsi ilə gələn sürücülər üzü şəhər istiqamətinə gedir. İrəlidən isə Üzeyir Hacbəyov, Səməd Vurğun küçələrinə doğru yollar ayrılır.

Yəni, burada Y.Səfərov küçəsinə 80-90 saniyə qırmızı işıq verib, A.Cəlilov küçəsini 20-25 saniyə yaşıl işıqla təmin etmək düzgün deyil. Belə olan halda nəqliyyat axını düzgün tənzimlənmir. Mənə elə gəlir ki, bu yolda yaranan problemi aradan qaldırmaq üçün yeraltı tunel açmaq olar. Eyni zamanda, Nobel prospektindən Y.Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələrinə mane olmadan A.Cəlilov küçəsi ilə gəlib Y.Səfərov küçəsinə dönən nəqliyyat vasitələri üçün sağ zolaqdan daimi hərəkət təmin etmək mümkündür.

Dediyim vəziyyət paytaxtın H.Əliyev küçəsindən üzü Atatürk prospektinə gedən yolda müşahidə edilir. Fikir versəniz, bu istiqamətdə körpünün sağ tərəfində bir zolaq daim işlək vəziyyətdədir. Üzü Ayna Sultanova istiqamətində daimi hərəkəti təmin edən zolaq var və bu, digər nəqliyyat vasitələrinin hərkətinə heç bir maneə yaratmır. Digər istiqamətə gedən sürücülər isə H.Əliyev küçəsi ilə tunelə daxil olaraq yolu davam etdirə bilirlər.

Bu sistemi A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsində istifadə etmək olar. Burda yarana biləcək bir çətinlik var ki, Y.Səfərov küçəsindən şəhər istiqamətinə gələn nəqliyyat vasitələrinin hərəkətində xaos yarana bilər. Çünki bəzi sürücülər Y.Səfərov küçəsi ilə gəlib Nobel prospektinə dönmək üçün məcburən “Megafun”ın yanından geriyə dönmə əməliyyatı aparırlar. Bu problemi həll etmək üçün sürücülərə hər hansı alternativ istiqamət yaratmaq olar. Sürücülər Cavanşir körpüsü üzərinə çıxaraq hərəkətə davam etsələr heç bir sıxlıq yaranmaz deyə düşünürəm. Ümumilikdə bu istiqamətdə görülməsi gərəkən işlər çoxdur. Körpüdənsə daha yaxşı olar ki, yeraltı tunel açılsın”.

Previous Post

Azərbaycanda məmurun qardaşına qarşı dələduzluq edən şəxs həbs edildi

Next Post

Saatlı sakinindən silah-sursat götürülüb

Next Post

Saatlı sakinindən silah-sursat götürülüb

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.