• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Şou Biznes

Jah Khalib: “Bakıda mənə cadu edildiyini müəyyənləşdirdilər”

by
Mart 11, 2019
in Şou Biznes
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bazar günü Bakı Konqres Mərkəzində məşhur qazaxıstanlı reper, Azərbaycan əsilli müğənni Jah Khalibin (əsl adı Bəxtiyar Məmmədov) solo konserti olub. Konsertə bir saat qalmış müğənni azərbaycanlı jurnalistlərlə görüşərək onları maraqlandıran sualları cavablandırıb. Jah Khalib Sputnik Azərbaycan-ın da suallarına ətraflı cavab verib.

– Yenidən vətənə gəlmək necə bir hissdir?

– Bakı mənim üçün xüsusi şəhərdir, ona görə də həmişə bura gəlməkdən məmnunam. Məktəb yaşlarımda təəssüf ki, mənim bura tez-tez gəlmək imkanım olmayıb. Atam yalnız yay aylarında məni bura göndərərdi və bir neçə gün kənddə qohumlarımın yanında qalardım. İndi isə tez-tez gəlirəm. Əgər nə vaxtsa yaradıcılığımda, yaxud da həyatımda hansısa böhranlar başlasa, dərhal bakılı dostuma zəng edirəm. O, söhbətlərimdən Bakıya gəlmək istədiyimi başa düşür və məzuniyyət götürür ki, mənimlə vaxt keçirə bilsin. Bakıdakı sakitlik mənə qəlbən rahatlıq verir. Azərbaycan mənim qan vətənimdir, baxmayaraq ki, Qazaxıstanda böyümüşəm. Ötən il hətta mənə Azərbaycan toyunda olmaq da nəsib oldu. Və inanın mən orada özümü yad deyil, öz yerimdə hiss elədim.

– Siz toydan danışdız… Azərbaycanlı qızla evlənmək istərdinizmi?

– Mənim valideynlərdə bəxtim gətirib, çünki doğulduğum gündən evdə əsl kişi və əsl müdrik qadın görmüşəm. Onlar mənim üçün əsl sağlam sevgi nümunəsi olublar. Məhz belə bir sevgi arzulayıram. Hazırda Moskvada tək yaşayıram və artıq toy barədə düşünürəm. Ötən illərdə bir neçə uğursuz sevgi romanlarım olub və onlar mənə dərs olub. Mən yaxşı ailədən olan tərbiyəli qızla evlənmək istəyirəm. Düşünürəm ki, Azərbaycanda düzgün tərbiyə edilmiş yaxşı qız tapmaq asandır. Biz Şərq kişiləri çox tələbkarıq və bizim üçün ailə ilk yerdə dayanır. Düşünürəm ki, hisslərlə bağlanan nikahın ömrü cəmi bir neçə gün olur. Ona görə də, ər və arvad bir-birinə hörmət etməlidir.

– Siz Azərbaycan mədəniyyəti ilə tanışsız?

– Mən meyxananı çox sevirəm. Bu dilin köməyi ilə yavaş-yavaş başa düşmədiyim çox sözü öyrənirəm. Dostlar kömək edir, tərcümə edirlər. Meyxana ona görə xoşuma gəlir ki, o çox şən, yumoristikdir və bədahətən deyilir. Bütün bunlarla yanaşı, meyxanaçıların bütün zalın zövq alacağı şəkildə rəqibə sözlə zərbə vurması və bunun səs-küy yaratması da bir başqa aləmdir. Atamın isə muğam daha çox xoşuna gəlir. O, hətta mənim mahnılarıma qulaq asmır. Sadəcə Youtube-da mahnılarımın nə qədər baxış topladığına baxır. Atam özü də muğamı möhtəşəm ifa edir. Mənə səs məhz ondan keçib. Öz yeni albomumda xalq çalğı alətlərindən, saz, ya da zurnadan istifadə etməklə kompozisiya yazdırmağı planlaşdırıram. Hətta bunun üçün lazım olan musiqiçiləri də tapmışıq.

– Hitlərinizdən sonra bir ara yaradıcılığınızda pauza verdiniz. Bu nə ilə bağlı idi?

– Mən musiqini ona görə yaratmıram ki, hamının qulağını oxşasın. Mənim üçün əsas olan keyfiyyətli məhsul ortaya qoymaqdır. Mən əsasən ilin 10 ayını qastrollarda oluram və yalnız iki ayı albomları yazdırmağa həsr edirəm. Bu dəfə hər şey planlaşdırdığım kimi alınmadı, tam təsadüfən bildim ki, mənə cadu ediblər. Düzü heç vaxt belə şeylərə inanmamışam. Amma bunu öz üzərimdə hiss edəndə başa düşdüm ki, bütün bunlar hər halda var.

– Siz onu dəf edə bildiz?

– Bəli, bununla bağlı mənə Bakıdakı dostum kömək etdi. Onda intuisiya çox güclü inkişaf edib və məhz o, mənə cadu edildiyini başa düşdü. İndi, şükür Allaha ki, mən özümü yaxşı hiss edirəm və sevdiyim işlə məşğulam.

Previous Post

Cadu əleyhinə aparat və daha nələr… Bakıda Hindistan günləri keçirilir

Next Post

Novruz bayramınadək bu şəxslərə 11 min manat pul veriləcək

Next Post

Novruz bayramınadək bu şəxslərə 11 min manat pul veriləcək

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.