• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Şəhid qızını “Grand Cherokee” ilə vurub öldürən oğlanın biznesmen atası ilə bağlı – Yeni xəbər

by
Mart 14, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az-ın “Report”a istinadla verdiyi məlumata görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, iş adamı, “Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimovun yenə də məhkəməyə gəlmədiyi elan olunub.

Bildirilib ki, onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, iş adamı məhkəmə çağrışlarına məhəl qoymur.

Hakim qeyd edib ki, A.Rəhimov səhhətində problem olduğunu deyib. Hazırda xəstəxanada müalicə olunduğunu deyən iş adamı məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.

İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı, “Yeganə”şadlıq sarayının rəhbəri Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.

Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.

Previous Post

Ramil Usubov rəisi təqaüdə göndərdi – Yeni təyinat

Next Post

Şəmkirdə “Mercedes” piyadanı vurub, öldürüb

Next Post

Şəmkirdə "Mercedes" piyadanı vurub, öldürüb

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest

Стоимость золота превысила 4 750 долларов

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

Стоимость золота превысила 4 750 долларов

May 7, 2026

Захарова о решении Баку прекратить контакты с ЕП: Не вызывает удивление

May 7, 2026

Магнитные бури могут накрыть Землю 7 и 8 мая

May 7, 2026

Пашинян не поедет на парад Победы в Москве

May 7, 2026
Median.Az

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.