• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Rövşən Əsgərov: Rusiya pasportum var, ancaq Ermənistana buraxmazlar

by
Mart 15, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“Kim?, Nə? Harada?” klubunun əfsanəvi üzvü, oyunun “Birinci kanal”da (Rusiya) yayımlanan televiziya versiyasında 20 il iştirak etmiş azərbaycanlı zəka, “Baku” adlı Moskva jurnalının ictimai əlaqələr üzrə direktoru Rövşən Əsgərov “Sports.ru” saytına müsahibə verib.

O, müsahibədə “Sport-Ekspress” jurnalının redaksiyasında işlədiyi müddətdə (2001-2007) ən qeyri-adi səfəri ilə bağlı xatirələrini bölüşüb.

“Ən çox xoşuma gələn əhvalatdır. Xizək çempionatı üçün İtaliyaya səfər edirdik, Moskvadan çıxan təyyarə ilə Ermənistan yığması da uçurdu. Təyyarə İtaliyada eniş etdi, düşdük, bizi Alp dağlarında yerləşən hotelə aparmalı idilər.

Yükümüzü artıq almışdıq, ancaq ayaq üstdə gözləyirdik. Soruşuram: “Niyə getmirik?”, “Ermənistan yığmasının problemləri çıxıb” deyə cavab verdilər. Nəqliyyat vasitəsi isə bizdə ümumi idi.

Əməkdaşlara yaxınlaşıb, məsələni aydınlaşdırmağa çalışdım. Məlum oldu ki, baqajın bir hissəsini itiriblər. Başqa bir problem italyanların erməni, ermənilərin isə italyan dilində danışa bilməməsi idi.

Ermənistan tərəfi ingiliscə bir kəlmə anlamır, ancaq almanca danışırlar. Onlar demək istədiklərini tərcümə edə biləcək birini gözləyirlər. Düşünürəm: “Hər halda onlar rusca danışa bilirlər, mən isə ingiliscə”.

Mənim vasitəçiliyimlə razılığa gəldilər, məsələ həllini tapdı. Onlara söz verdilər ki, bütün yükləri çatdıracaqlar. Rusiya yığmasının avtobusuna əyləşmişdim ki, bir italiyalı yaxınlaşdı. “Siz ermənilərin olduğu avtobusda gedə bilərsiniz? Sizdən başqa heç kim erməni dilində danışa bilmir?”

Mən bunu normal qəbul etdim. Siz stereotiplərlə yaşayırsınız. Milli hekayələr o qədər də ağıllı olmayan insanlar üçün spekulyasiyadır”, – deyə Əsgərov xatırlayıb.

O bildirib ki, sonuncu dəfə Ermənistanda 1981-ci ilin yayında olub.

“Həmin dönəmlərdə vahid bir ölkədə yaşayırdıq, indi isə ora gedə bilmərəm. Ona görə ki, müəyyən şərtiliklər var. Millətimdən ayrı yaşaya bilərəm, ancaq dəlisov qaydalar əsasında mövcud olan bir aləmdəyəm.

Deyirlər ki, iki ölkə arasında münaqişə var. Məni Ermənistana indi buraxmayacaqlar. Belə ki, erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması halları olub.

Bəli, mənim Rusiya pasportum var. Olanım budur. Mən Rusiya vətəndaşıyam. Ancaq mən media fiquruyam, insanlar mənim harada doğulduğumu bilirlər, mənim təhlükəsizliyimə heç bir zəmanət olmayacaq.

1988-ci ildən Ermənistanla Azərbaycan arasında müharibə gedir. Müharibə Azərbaycan ərazisində gedir. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. İki ölkə arasında qarşıdurma var. Bu, bir növ SSRİ vətəndaşının 1943-cü ildə Almaniyaya səfər etməsinə bənzəyir.

Suriyaya nə üçün getmirəmsə, Ermənistana da ona görə getmirəm. Problemsiz şəkildə geri qayıdacağıma əmin olduğum istənilən ölkəyə rahat şəkildə gedirəm. Ermənistan məsələsində belə əminlik yoxdur.

Mənim ermənilərə qarşı nifrətim yoxdur. Xalqa necə nifrət etmək olar? Nəyə görə? Mənim fikrimdə düşmən, şəxsən mənə pislik etmiş adamdır. Mənim dostlarıma, qohumlarıma. Bu formula ilə götürsəm, azərbaycanlılar arasında düşmənim daha çoxdur. Ancaq mən dostu-düşməni milli mənsubiyyət əsasında ayırmıram. Bu, bir növ sənin ölkəndən olduğuna görə hansısa komandaya azarkeşlik etməyə bənzəyir.

Mənim oğlum nə vaxtsa Qarabağın Ermənistan ərazisi olduğunu söyləyə bilər? Xeyr. Nə üçün bunu desin axı? Biz istənilən ərazini başqa bir dövlətin ərazisi elan edə bilərik. Ancaq Qarabağ de-yuri Azərbaycan ərazisidir. BMT-nin bununla bağlı başqa qərarı qəbul olunmayana qədər bu bir fakt olaraq qalacaq”.

Previous Post

Bakıda Damla izdihamı – VİDEO

Next Post

Bakıya gedən yol: Avroliqanın püşkü atıldı

Next Post

Bakıya gedən yol: Avroliqanın püşkü atıldı

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.