• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Afişa

Bakıda rus ikonaları sərgilənəcək – Şərqdə ilk dəfə

by
İyul 24, 2019
in Afişa
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Tretyakov Qalereyası və Rus İkonası Muzeyindən toplanmış ikona sənəti inciləri və dini heykəltəraşlıq nümunələrindən ibarət sərginin açılışı olacaq.

Mərkəzdən verilən məlumata görə, sərgi Heydər Əliyev Mərkəzi, Rusiya Dövlət Tretyakov Qalereyası, Rus İkonası Muzeyinin təşkilatçılığı, İmperator Pravoslav Fələstin Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq.

“Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov Qalereyası və Rus ikonası Muzeyindən XVIII – XX əsrin əvvəllərinə aid abidələr” adlı sərgidə izləyicilərə 100-dən çox əsər – ikonalar, heykəltəraşlıq nümunələri, Pasxa yumurtaları təqdim ediləcək.

Sərgilənəcək əsərlər rus ikona sənətinin son dövrlərinə aiddir. Həmin vaxtların əsərləri xüsusi dəbdəbəliyi ilə seçilir: qızıl işləmələrə üstünlük verilir və detallar incəliklə işlənirdi.

Sərginin eksponatları bu sahənin əsas regionları – Moskva, Tver, Povoljye, Vladimir vilayətinin Palex və Mstera kəndlərini, Ural regionundakı qədim Nevyansk şəhərini əhatə edir.

Ekspozisiyada Rusiya Dövlət Tretyakov Qalereyasından 14 tarixi abidə, layihənin əsas təşkilatçılarından olan Rus İkonası Muzeyindən isə 86 ikona, eləcə də Pasxa yumurta nümunələri təqdim ediləcək.

Sərginin seçilən eksponatları sırasında XIX əsrin son iki on illiyində – XX əsrin əvvəlində Moskvada öz emalatxanalarını yaradan və yeni paytaxt üslubunun yaradıcılarından olan Mstera ikona sənətinin görkəmli nümayəndələrinin əsərləri də yer alacaq.

Ənənəvi metal üzərində oyma texnikası ilə hazırlanmış çekankalar, emalla, mirvari və digər qiymətli daşlarla bəzədilmiş çərçivələr, eləcə də modern epoxasında yaradılan çərçivələr ziyarətçilərin marağına səbəb olacaq.

Beləliklə, ziyarətçilər XVIII-XX əsrin əvvəllərində yeni dövrün ən yaxşı ustaları tərəfindən yaradılan, XV-XVI əsrlərin zəngin təcrübəsini əks etdirən ikona sənətinin parlaq nümunələri vasitəsilə unikal rus bədii mədəniyyətinin zənginliyi ilə tanış olmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov qalereyasından və Rus İkonası Muzeyindən XVIII-XX əsrin əvvəllərinə aid abidələr” layihəsi Şərqdə ilk dəfə Bakıda təşkil olunur.

Sərgi Heydər Əliyev Mərkəzində dekabrın 15-dək davam edəcək.

Previous Post

Qarabağ əlillərinə avtomobillər verildi

Next Post

SOCAR-ın Tresti 27 quyuda qazma işlərini yekunlaşdırdı

Next Post

SOCAR-ın Tresti 27 quyuda qazma işlərini yekunlaşdırdı

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.