Bakıda toy karvanındakı avtomobillərdən biri qəza törədib.
Hadisə Heydər Əliyev prospektində baş verib.
Qəza anı arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.
Video sosial şəbəkədə paylaşılıb. Görüntülərdə 90-SV-838 qeydiyyat nişanlı, KİA markalı avtomobilin sürücüsünün əvvəlcə küçələrdən birində hərəkət zamanı “avtoşluq” etməsi əks olunub.
Daha sonra eyni hərəkətləri prospektdə təkrarlamaq istəyən sürücü qəzaya səbəb olub.
/oxu.az/

