Bazar ertəsi, May 18, 2026
SİZİN REKLAMINIZ BURADA
EvİdmanBeynəlxalq Olimpiya Komitəsi əməkdaşlarına evdən işləməyi tapşırdı

Beynəlxalq Olimpiya Komitəsi əməkdaşlarına evdən işləməyi tapşırdı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə İsveçrənin Lozanna şəhərindəki qərargahında çalışan əməkdaşlarının evdən işləməsinə icazə verib.

BOK-un 500-dən çox işçisi bu gündən etibarən evdən işləyəcək.

Həmçinin, COVID-19 Olimpiya Muzeyinin də iki həftəliyə bağlanılmasına səbəb olub.

İsveçrə hökuməti aprelin sonunadək 50-dən çox insanın toplaşmasını qadağan edən qərar qəbul edib. Ölkədə məktəblər bağlanıb.

Qeyd edək ki, BOK-un prezidenti Tomas Bax martın 17-də telekonfrans keçirəcək. Telekonfransda Tokio Olimpiadasının, lisenziya xalları verən yarışların gələcək taleyi müzakirə olunacaq.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner