• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

“Azərpoçt”dan 190 manatı almaq istəyən vətəndaşların yaratdığı sıxlıqla bağlı açıqlama – VİDEO

by
Aprel 15, 2020
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bu gün bəzi KİV-də Sabunçu rayon mərkəzi poçtunda vətəndaş sıxlığının müşahidə edildiyinə dair videogörüntülər paylaşılıb.

Sözügedən görüntülərdə 30-35 nəfərə yaxın vətəndaşın dövlət tərəfindən ayrılan 190 manat dəyərində birdəfəlik ödəməni götürmək üçün gəldiyi iddia olunur.

Lakin videoda poçt əməkdaşları karantin rejiminin normalarını pozmaqda ittiham olunur.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova redaksiyamıza açıqlamasında Nazirliyin tabeliyində olan “Azərpoçt” MMC-nin Sabunçu filialında lentə alınan görüntülərə aydınlıq gətirib.

G.Gözəlova vətəndaşların bu qədər səbrsiz davranmaqla, həm özlərinin, həm də poçt əməkdaşlarının sağlamlıqlarını riskə atmalarından təəssüfləndiyini deyib:

“Mən o vətəndaşları çox yaxşı başa düşürəm. Analayıram ki, o yardıma həqiqətən də ehtiyacı olan şəxslər var. Amma onlar da başa düşməlidir ki, öz sağlamlıqları 190 manatdan da vacibdir. Bu vəsait dövlət tərəfindən ayrılıb və aidiyyəti üzrə həmin şəxslərin adlarına yazılıb. Poçt mərkəzinə bu şəkildə daxil olub, sıxlıq yaratmaq lazım deyil. Növbə ilə yaxınlaşıb, müavinəti ala bilərlər. Heç kim düşünməsin ki, ona ayrılan pul verilməyəck. Pandemiya dövrü bitsə belə, onlara ayrılan 190 manatlıq birdəflik yardım ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 14-ə qədər işsiz kimi qeydiyyata alınan 100 min şəxsə birdəfəlik müavinətin ödənilməsi üçün 19 milyon manat vəsait ayrılıb. Hər bir şəxsin adına 190 manat məbləğində ödəniş artıq köçürülüb. Demək olar ki, bu ödənişlərin 80 faizi “Azərpoçt” MMC tərəfindən vətəndaşlara təqdim olunacaq. Ödənişlərin digər hissəsi isə banklar tərəfindən həyata keçirilir”.

G.Gözəlova bu videonu çəkərək sosial şəbəkələrə yükləyən vətəndaşın davranışına da münasibət bildirib:

“Bu videonu çəkən şəxsin davranışına ayrıca təəssüf edirəm. Həmin şəxslərin arasında olmaqla, o da onlar kimi pandemiyanın geniş yayılmasına şərait yaradıb. Yaxşı olardı ki, o vətəndaş digərlərinə də səslənib, mərkəzdən çölə çıxmağı təklif edərdi. Nazirlər Kabinetinin qəbul etdiyi karantin qaydalarına uyğun şəkildə vətəndaşlar poçt əməkdaşlarına növbə ilə yaxınlaşardı”.

“Respublika üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-nin növbəli iş rejimi ilə 74 poçt şöbəsi fəaliyyət göstərirdi. Artıq dünəndən respublika üzrə 1494 poçt şöbəsi gücləndirilmiş rejimində fəaliyyətə başlayıb. Bütün bunların səbəbi karantin dövründə vətəndaşlara xidmət göstərməkdir. Xahiş edirik, vətəndaşlar da bunu nəzərə alsın. “Azərpoçt” əməkdaşları pandemiya dövrü elan ediləndən öz həyatlarını riskə ataraq vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə çalışırlar. Onların əməyinə, zəhmətinə, qurum tərəfindən görülən bu qədər işlərə kölgə salmaq düzgün deyil”, – deyə G.Gözəlova əlavə edib.
/oxu.az/

Previous Post

Azərbaycanda koronavirusa yoluxanların yaşları açıqlandı

Next Post

Azərbaycanda koronavirusdan sağalanların qan plazması ilə xəstələrin müalicəsinə başlanır – RƏSMİ

Next Post

Azərbaycanda koronavirusdan sağalanların qan plazması ilə xəstələrin müalicəsinə başlanır - RƏSMİ

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.