Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətBakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu

Bakıda 14 yaşlı əcnəbi küçədə qarət olundu

Bakıda əcnəbi vətəndaş qarət edilib.

Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Həmin ərazidə yaşayan Pakistan vətəndaşı 2006-cı il təvəllüdlü Sadior Damnik Zafar Maqbool oğlu Xətai rayonu, R. Bağırov küçəsində yerləşən “Araz” marketin yaxınlığında olarkən tanımadığı şəxs ona yaxınlaşaraq əlindəki 400 manatlıq “Samsung” markalı mobil telefonunu alıb hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tağıyev Vüsal Elçin oğlu müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner