Şənbə, May 16, 2026
SİZİN REKLAMINIZ BURADA
EvDünyaFransada koronavirus qurbanlarının sayı 20 mini ötdü

Fransada koronavirus qurbanlarının sayı 20 mini ötdü

Fransada koronavirus epidemiyasının başlanğıcından bu günə qədər 20 mindən çox insan ölüb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

“Fransada indiki anda 20 255 nəfər COVID-19-dan ölmüş sayılır”, – o deyib.

O, qeyd edib ki, xəstəxanalarda 12 513 nəfər COVD-19-dan vəfat edib. Ölkənin sosial və tibbi-sosial müəssisələrində isə 7 752 nəfər virusdan ölüb.

Salomonun sözlərinə görə, Fransada 114 657 koronavirus xəstəsi var. Son gün ərzində xəstələrin sayı daha 2 min artıb.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner