Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətGüclü küləyə görə Bakının bu ərazisi işıqsız qaldı

Güclü küləyə görə Bakının bu ərazisi işıqsız qaldı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Güclü külək səbəbindən Hövsan qəsəbəsi “Şüşəli Bazar” adlandırılan ərazinin bir hissəsində ötən gün axşam saatlarından işıq yoxdur.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirilib ki, güclü küləklə əlaqədar Zabrat və Hövsan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində problem yaranıb:

“Aidiyyəti üzrə ərazilərdə elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər görülür. Qısa zamanda problem aradan qaldırılacaq”.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner