Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
EvDünyaBritaniyada pandemiya qurbanlarının sayı 17 mini ötdü

Britaniyada pandemiya qurbanlarının sayı 17 mini ötdü

Böyük Britaniyada son sutkada 828 nəfər koronavirusun qurbanı olub və bununla da ölkədə ölənlərin sayı 17 337-yə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, krallıqda daha 4 301 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 129 044-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 510 000-i ötüb. Bunların 660 026 nəfəri sağalıb, 172 788 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner