Çərşənbə, May 20, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyət"WhatsApp" masaüstü kompüterlər üçün videozəng funksiyasını sınaqdan keçirir

“WhatsApp” masaüstü kompüterlər üçün videozəng funksiyasını sınaqdan keçirir

“WABetaInfo” insayder resursunun məlumatına görə, populyar messencerin tərtibatçıları messencerin masaüstü versiyası üçün səsli və videozəng funksiyasını sınaqdan keçirir.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, dərc edilmiş ekran görüntülərinə əsasən, müvafiq funksiyalar artıq beta sınaq mərhələsindədir. Ekran görüntülərinə əsasən, zəng daxil olduqda kompüterin ekranında cavab vermək və ya imtina etmək kimi seçimlərdən ibarət üzə çıxan pəncərə yaranır.

Həmçinin “WABetaInfo” resursunun məlumatına görə, tərtibatçılar messencerin veb-versiyası üçün qrup halında səsli və videozəng xidməti hazırlayırlar. Daha əvvəl bu funksionallıq messencerin “iOS” və “Android” üçün versiyalarında əlçatan olub. Messencerin tərtibatçıları masaüstü kompüterlər üçün müvafiq funksionallığın çıxarılma tarixini açıqlamayıblar.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner