Şənbə, May 16, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətYol polisi İsmayıllıda reyd keçirib – FOTO

Yol polisi İsmayıllıda reyd keçirib – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və 15 sürücü barəsində inzibati protokol tərtib olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments

Banner
Banner