Cümə axşamı, May 21, 2026
SİZİN REKLAMINIZ BURADA
EvİdmanAzərbaycanlı güləşçi erməni idmançısını Avropa çempionatında məğlub etdi

Azərbaycanlı güləşçi erməni idmançısını Avropa çempionatında məğlub etdi

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yunan-roma güləşçilərimiz mübarizəyə uğurlu start veriblər.

55 kq-da güləşən dünya və Avropa çempionu Eldəniz Əzizli əvvəlcə Nedyalko Petrovu (Bolqarıstan) 12:4, daha sonra Nuqzar Tsurtsumianı (Gürcüstan) 10:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

63 kq-da yarışan Taleh Məmmədov da yarımfinala çıxıb. 2019-cu ilin Avropa üçüncüsü Nikolay Viçev (Bolqarıstan) 9:6 və Qraçya Poqosyanı (Ermənistan) 3:2 hesabı (son xal qazanan prinsipi) ilə keçib.

Son Avropa çempionu Sənan Süleymanov isə 77 kq-da Valtteri Harri Kristian Latvalaya (Finlandiya) 10:0 qalib gəlib. Onun 1/4 finaldakı rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq.

//oxu.az

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner