Bazar ertəsi, May 18, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətGöygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Göygöldə avtomobil qəzası olub, bacı-qardaş xəsarət alıb

Göygöl rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri 1957-ci il təvəllüdlü Hidayət İsaq oğlu İbrahimov və onun 1977-ci il təvəllüdlü bacısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər ikisi Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner