Bazar, May 17, 2026
SİZİN REKLAMINIZ BURADA
EvİdmanDünya çempionatında sonuncu cüdoçumuz mübarizəyə qoşulur

Dünya çempionatında sonuncu cüdoçumuz mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Bu, millimizin sonuncu üzvü – 100 kq çəki dərəcəsində güləşən Elmar Qasımovdur.

O, 1/16 finalda Mərt Şişmanlar (Türkiyə) – İlya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yalnız Kəramət Hüseynov (-60 kq) bürünc medal qazanıb.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner