Çərşənbə, May 20, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətAzərbaycan İlahiyyat İnstitutu ötən il 154 min manat mənfəət əldə edib

Azərbaycan İlahiyyat İnstitutu ötən il 154 min manat mənfəət əldə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2020-ci ili 154 min manat mənfəətlə başa vurub. Halbuki, 2019-cu ildə İnstitutun gəlirləri və xərcləri bərabər olmuşdu.

“Report” xəbər verir ki, ötən il Aİİ əvvəlki ilə nisbətən 21,5% çox – 2,117 milyon manat gəlir əldə edib. Bunun demək ki, hamısı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır.

Hesabat dövründə Aİİ-nin xərcləri isə 12,7% artaraq 1,964 milyon manat, o cümlədən sərf etdiyi materialların dəyəri təxminən 17% artaraq 37 min manat, əmək haqqı və işçilərlə bağlı digər xərcləri 22,2% artaraq 1,593 milyon manat, amortizasiya xərcləri təxminən 4 dəfə artaraq 16 min manat, sair əməliyyat xərcləri isə 21,3% azalaraq 317 min manat olub. İnstitut mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Aİİ-nin aktivləri 880 min manat olub ki, bu da illik müqayisədə 5,4 dəfə çoxdur. Hesabat dövründə 563 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 94,5% artaraq 317 min manat təşkil edib.

Xatırladaq ki, Aİİ ölkə prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncama əsasən, din mütəxəssislərinin yetişdirilməsini və ilahiyyat elminin inkişafı məqsədlə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner