• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Valideynlər övladlarının narkotik istifadəçisi olduğunu gizlətməyə çalışırlar – Ekspert

by
Avqust 12, 2021
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Gizli narkomaniyanı üzə çıxarmaq üçün əvəzedici müalicə proqramlarının geniş surətdə tətbiqi labüddür.

Median.Az bildirir ki, bunu Trend-ə psixiatr-narkoloq, tibb elmləri doktoru, professor Araz Əliquliyev deyib. O bildirib ki, bu, narkotik maddə istifadəçilərinin real sayının üzə çıxarılmasına da imkan verəcək:

“Təəssüflə qeyd etməliyik ki, bu gün Səhiyyə Nazirliyi tərəfindən qeydə alınan 34 min xəstə sayı real rəqəmə heç də yaxın deyil. Qeydiyyata alınmış xəstələr tibb müəssisələrinə müraciət edən və ya hüquq mühafizə orqanları tərəfindən bu və ya digər cinayət törətmiş şəxslərdir. Nəzərə alsaq ki, narkotik istifadəçisi kimi qeydə alınanların 75 faizi xüsusən hüquq mühafizə orqanları tərəfindən müəyyən edilmiş şəxslərdir, bu o deməkdir ki, onların əksəriyyəti faktiki olaraq tibb müəssisəsinin üzünü görməyib. Onu da qeyd etmək lazımdır ki, 34 min nəfər arasında ağır narkotik istifadəçilərinin sayı da həddindən artıq çoxdur. Bu isə o deməkdir ki, biz onların yüngül narkotiklərdən istifadə mərhələsini aşkarlamırıq. Buna “latent narkomaniya” deyilir. Bu müddət 7-8 ildir. Yəni, həmin şəxs 7-8 il narkotik maddələrlə təmasdadır, amma o nə tibb müəssisələri üçün, nə digər orqanlar üçün bəlli deyil. Valideynlər bilsələr də, onlar bu məsələni gizlətməyə, qeyri-rəsmi müalicə etməyə çalışırlar. Bu da mənfi nəticələr verir. Bu xəstəliyin müalicəsi uzun vaxt, peşəkar yanaşma tələb edir. Ən azı 1 il bu müalicə davam etməlidir”.

Ekspert həmçinin qeyd edib ki, bu vəziyyətə gəlib düşən insanların cəmiyyətdə əvvəlki yerini tutması, sağalma ümidini yaratmaq üçün sosial proqramların tətbiqi lazımdır:

“Bu vasitə ilə həmin xəstələr məntəqələrə müraciət edəcək. Və nəticədə oradakı könüllülərlə ünsiyyətdə olduqca, etibar yarandıqca, problemləri həll olunduqca, onların müalicəyə cəlb edilməsi də mümkün olacaq və kriminogen davranışlardan uzaq olmaları təmin ediləcək. Bu proqramların davamı olaraq sosial təminat orqanları da buna yardımçı ola bilər. Polis orqanları onları tutmaqla deyil, kömək etməklə davranışlarının qarşısını ala bilərlər. Onları normal məcraya yönəldə, nəzarət altında saxlamaqla bu xəstəliyə meyilliliyi azalda bilərik. Həmçinin, bu tədbirlər yeniyetmələr, gənclər arasında da təlim-tərbiyə işlərini gücləndirməyə imkan verəcək”.

Previous Post

ABŞ öz vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırıb

Next Post

ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışlayıb

Next Post

ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışlayıb

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.