• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Vətəndaşların DİQQƏTİNƏ: Lombardlarda rahatlıqla aldana bilərsiniz

by
Avqust 24, 2024
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Əlini verirsən, qolunu alırlar”… Bu məsəli son vaxtlar lombardlarla bağlı problemlər yaşayan, kifayət qədər borcları yaranan insanlardan eşidirik. Kimisi 2,2 min manat kredit götürüb, 45 min manat ödədiyini deyir, kimisi girov kimi qoyduğu qızılların ona qaytarılmadığını, kimisi oğurlandığını bildirir. Demək olar ki, hər ay bu problemlərlə üzləşən vətəndaşlara rast gəlirik. Bəs necə olur ki, bəzi lombardlar vətəndaşı rahatlıqla aldada bilir?
 
“Kaspi” qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.
 
Ən qədim borc müqaviləsi
 
Vəkil Anar Ramazanov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, lombard Azərbaycan qanunvericiliyində girov müqabilində bağlanması nəzərdə tutulan müqavilə növlərindən biridir. Amma lombardı digər müqavilələrdən fərqləndirən cəhətlər var: “Tarixi baxımdan da lombard ən qədim borc müqavilələrindən biridir. Bir tərəf pula olan mülkiyyət hüququnu digər şəxsə verir. Lombard təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı əsas normativ hüquqi akt Mülki Məcəllənin 302-ci maddəsinin girov fəslində yerləşir. Lombardda bağlanan kredit müqaviləsini bizim Mülki Məcəllə girovun bir növü kimi müəyyənləşdirir”.

Lombard girov bileti ilə rəsmiləşdirilir
 
Mütəxəssis deyir ki, Mülki Məcəlləyə görə, lombard kreditinin bağlanması “girov bileti” ilə rəsmiləşdirilir: “Girov bileti”nin də forması Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşir. Lombard kreditlərində girov qoyulan qiymətli əşyalar “girov bileti”ndə müfəssəl şəkildə təsvir olunub. Orada girov qoyulmuş qiymətli əşyaların adı, növü, çəkisi, əyarı və digər xüsusiyyətləri göstərilir. Hətta təcrübədə çox vaxt mübahisə olmasın deyə, girov qoyulan əşyaların şəkli də çəkilir ki, vətəndaş gələcəkdə girov qoyduğu əmlakı tanısın və mübahisə yaranmasın. Bundan əlavə, vətəndaşın hüququ var ki, girov qoyduğu qiymətli əşyaların videosunu da çəksin. Kredit alan vətəndaş lombard kreditini vaxtında ödəmədikdə də, lombardın hüququ var ki, girov qoyulan qiymətli əşyaları hərracda sataraq, öz borcunu götürsün. İpoteka müqavilələrindən fərqli olaraq, lombard girovunda təşkilatın hərracdan əldə etdiyi məbləğ vətəndaşın borcundan az olsa belə, onun lombard qarşısında öhdəliyinə xitam verilir. Digər girov müqavilələrində isə girov predmeti borcu ödəmədikdə, vətəndaşın digər əmlakına yönəldilə bilər”.

ki, bu gün lombardların əhali arasında populyarlığının əsas səbəbi əlçatan olmasıdır: “Yəni kiminsə təcili vəsaitə ehtiyacı olanda hər hansı qiymətli bir əşyanı lombarda girov kimi təqdim edib istədiyinə nail olur. Hətta bəzən lombardlar mobil telefon, kompüter, avtomobil girov götürüb dərhal vəsait ayırırlar. Müştərilərdən rəsmi gəlir yerləri tələb olunmur. Bankalardakı sənədləşmə işləri lombardların fəaliyyətinə geniş imkanlar yaradır və sui-istifadə halları çoxalır. İnsanlar lombardlardan fəaliyyətləri ilə bağlı sənəd tələb etməli, imza atdıqları sənədlərə diqqət yetirməli, müqavilə şərtlərini öyrənməlidirlər. Bəzən müşahidə edirik ki, lombardlar gizlin yerlərdə kiçik xidmət ofisi kimi fəaliyyət göstərirlər. Əlbəttə, bu, şübhə yaratmalıdır”.

Vətəndaşlar əgər lombarda müraciət edirlərsə…
 
İqtisadçı vurğulayır ki, ölkədə qanunsuz fəaliyyət göstərən, özlərini lombard təşkilatları kimi qələmə verən qurumlar var. Vətəndaşlar əgər lombarda müraciət edirlərsə, nəyə imza atdıqlarına baxmalı, onların qanuni fəaliyyət göstərmələrini araşdırmalıdırlar: “Bu xidmətlərdən istifadə edən vətəndaşlar kifayət qədər zərər görürlər. Həm faizlər çox olur, həm müştərilərinin girov qoyduqları əşyaları itirirlər. Tövsiyə edərdim ki, insanlar daha çox banklardan kreditlər əldə etsinlər. Bəzi banklar lombard xidmətlərini də göstərir ki, orada asanlıqla və qanuni yolla kreditlər əldə etmək olar. Bunlar daha təhlükəsizdir”.

Previous Post

Vətəndaşların DİQQƏTİNƏ: Lombardlarda rahatlıqla aldana bilərsiniz

Next Post

Mehriban Əliyevanın doğum günüdür

Next Post

Mehriban Əliyevanın doğum günüdür

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.