• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycandakı həbsxanalarda 25 ölüm faktı: Ağır xəstə olan məhkumların sayı AÇIQLANDI

by
Sentyabr 24, 2024
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Mediada yayılan xəbərlərin statistikasına görə, cari il ərzində Bakı həbsxanalarında məhkumlar arasında 25 ölüm faktı qeydə alınıb. İnsanlar arasında məhkumlar arasında ölüm hallarının artması ilə bağlı iddialar yayılır.

Bəs görəsən məhkumlar arasında baş verən ölümlərin sayının artması ilə bağlı iddialar nə dərəcədə əsaslıdır?

Məsələ ilə bağlı oxu.az olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Penitensiar müəssisələrdə tibbi xidmət hər bir məhkum üçün əlçatandır:

“Belə ki, bütün istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələri fəaliyyət göstərir. Eyni zamanda tibb-sanitar hissələrində stasionar şəraiti olan çarpayı fondu var. Daxil olan hər bir məhkum ilkin həkim müayinəsindən və sanitar təmizləmədən keçirilir, adına fərdi tibbi kitabça açılaraq sağlamlıq durumu barədə məlumatlar qeydiyyata alınır. Gün ərzində məhkumlar səhhəti ilə bağlı şikayətləri ilə əlaqədar tibb – sanitar hissələrinə müraciət edə bilər. Orada məhkumlar həkim müayinəsindən keçirilərək müvafiq ambulator və stasionar müalicə alırlar”.

Məlumatda vurğulanıb ki, məhkumlar müxtəlif ixtisaslı həkim-mütəxəssislərlə yerində konsultasiya olunaraq ehtiyac olduqda Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tabeçiliyində olan çoxprofilli müalicə müəssisəsinə və ya İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilirlər:

Müalicə müəssisəsində dərinləşdirilmiş müayinələr (rentgen, USM, EKQ, ExoKQ, EEQ, Tredmil testi, Holter monitorinqi, kliniki və laborator analizlər və sairə) və həkim mütəxəssislər tərəfindən (cərrah, narkoloq, travmatoloq, terapevt, nevroloq, infeksionist, psixiatr, kardioloq, dəri – zöhrəvi həkimi, reanimatoloq, stomatoloq və sair) müalicələr aparılır. Ağciyər patologiyası və vərəm xəstələri isə İxtisaslaşdırılmış müalicə müəssisəsində müayinə və müalicə edilirlər. Ehtiyac olduqda Səhiyyə Nazirliyinin və TƏBİB-in baş mütəxəssisləri tərəfindən konsultasiyalar təşkil edilir, mürəkkəb kliniki – diaqnostik hallarda Səhiyyə Nazirliyinin və TƏBİB-in tabe tibb müəssisələrində, eyni zamanda özəl tibb müəssisələrində müayinə və müalicəyə cəlb edilirlər. Zərurət yarandıqda penitensiar müəssisələrə təcili tibbi yardım briqadası çağırılır”.

Qeyd edilib ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində baş verən hər bir ölüm hadisəsi zamanı prokurorluq orqanları tərəfindən istintaq aparılır və bütün ölüm halları məhkəmə-tibbi ekspertizaya cəlb edilərək ölümün səbəbi müəyyənləşdirilir:

“Penitensiar müəssisələrdə məhkumların ölüm sayında artım qeydə alınmayıb. Belə ki, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin 8 ayı ərzində məhkumların ölüm sayında azalma müşahidə edilir. Xüsusilə vurğulamaq lazımdır ki, cari ilin 8 ayı ərzində məhkumlar üzrə ölüm əmsalı ölkə üzrə ümumi ölüm əmsalı ilə eynidir. Hazırda penitensiar müəssisələrdə səhhətlərinə görə vəziyyəti ağır kimi qiymətləndirilən 19 xəstə var”.

Previous Post

Toy karvanında baş verən qəzada ölənlərin sayı artdı

Next Post

Süni intellektdən daha bir yenilik – təmiz su istehsal edəcək

Next Post

Süni intellektdən daha bir yenilik - təmiz su istehsal edəcək

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.