• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Xırdalanda kafedə icarə haqqı DAVASININ TƏFƏRRÜATI

by
Dekabr 30, 2024
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Abşeron rayonunda 1977-ci il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Akifə xəsarət yetirib.

Median.Az Demokrat.az-a istinadən məlumat verir ki, hadisə Abşeron rayonu, Xırdalan dəmir yolu stansiyasının ərazisindəki “Ağ göl” kafesində baş verib.

Fuad kafenin ümumi müştərilər üçün nəzərdə tutulmuş zalında tanışı Akif ilə həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində onun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Fuad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən “Ağ göl” adlı kafeni müqavilə əsasında icarəyə götürərək işlədib: “2023-cü ilin fevral ayında kafeni tanışım Füzulinin qohumu olan Akifə 600 manat müqabilində icarəyə verdim. Hər ay 600 manat olmaqla Akif mənə icarə haqqını ödədi. İyul və avqust aylarının icarə haqqını ödəmədiyinə görə dəfələrlə Akifə kafeni təhvil verməsini bildirdim. Lakin Akif kafenin icarə haqqını ödəməkdən yayınmaqla yanaşı kafeni təhvil vermək istəmədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, kafenin şüşəsi qırıq olduğundan 27 avqust 2023-cü ildə, təxminən saat 11:00-da kafenin şüşəsini yenisi ilə əvəz etmək üçün oraya gəlib: “Bu zaman Akif kafeyə gələrək əsəbi halda məni kafenin zalına çağırdı. Qapını arxadan bağlayaraq boynumdan tutub sifətimin sol nahiyəsinə dəfələrlə yumruqla vurmağa başladı. Mən Akifi itələyib kafenin arxa qapısından çölə çıxdım və məntəqəyə tərəf getdim. Həmin vaxt məntəqədə heç kim olmayıb. Geri qayıdanda Akiflə polis əməkdaşının məntəqəyə gəldiklərini gördüm. Polis əməkdaşları bizi şöbəyə apardı. Bədənimdə aşkar olunmuş xəsarətlər mənə Akif tərəfindən yetirilib. Ola bilsin ki, dava-dalaş əsnasında özümü müdafiə edərkən Akifi vurmuşam, ona xəsarət yetirmişəm. Hadisə zamanı kafedə başqa şəxslər olmayıb. Dava-dalaş təxminən 1-2 dəqiqə davam edib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Akifin sözlərinə görə, 2023-cü ilin fevral ayında dayısı oğlu Füzuli Musayevin tanışı olan Fuad adlı şəxsdən Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən “Ağ göl” adlı kafeni aylıq 600 manat müqabilində icarəyə götürüb və 2023-cü ilin fevral ayının əvvəlində 1 illik 7 200 manat pulu, yəni icarə haqqını Fuadın qardaşı Fəxrəddinə verib: “May ayında Fuad mənə icarə haqqını 1 000 manata qaldıracağını bildirdikdə Fuada alver olmadığına görə 1 000 manatı ödəyə bilməyəcəyimi bildirdim. Avqustun 27-də, təxminən saat 11:00-da həmin kafeyə gələn zaman Fuadın kafedə olduğunu gördüm. Fuad məni kafedən qovmaq istədiyinə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Fuadla əlbəyaxa oldum. Fuad yumruq-təpiklə mənim bədənimin müxtəlif nahiyələrinə, mən də öz növbəmdə yumruq-təpiklə Fuadın bədəninin müxtəlif nahiyələrinə vurdum”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Previous Post

Özünü kommunal xidmət işçisi kimi təqdim edən şəxs azyaşlı qıza xəsarət yetirdi – VİDEO

Next Post

Efiopiyada dəhşətli qəza: 60-dan çox insan həlak oldu

Next Post

Efiopiyada dəhşətli qəza: 60-dan çox insan həlak oldu

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.