• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

by
Aprel 8, 2025
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Məlumata görə, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi çox yüksək olan bina və tikililəri əhatə edir.

Söküntü işləri paytaxtın mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Trend”ə açıqlamasında deyib ki, Bakı şəhərinin baş planına əsasən, paytaxtın infrastrukturu yenidən qurulacaq.

“Bunun üçün prioritet məsələlərdən biri də şəhərin yenilənməsi və yaşıllıq sahələrinin daha çox olmasına önəm verilməsidir.

Getdikcə şəhər əhalisi artır. Bununla yanaşı, şəhərdə sıxlıq da artır. Bunları aradan qaldırmaq üçün şəhər böyüməli və inkişaf eləməlidir. Bu səbəblərdən dolayı şəhərin kənar ərazilərə doğru böyüdülməsi, infrastrukturun inkişafı barədə planlar mövcuddur.

Paytaxtda aparılacaq söküntü və köçürülmə məsələləri də bu məqsədlərdən irəli gəlir. Prioritetlərdən biri də odur ki, yeni tikililər inşa edilən zaman şəhərin bu günə qədər olan memarlıq siması saxlanılmalı, tarixi binalar toxunulmaz qalmalıdır. İstismar müddəti bitmiş, yararsız binalar söküləcək. Artıq bu binalar müəyyən olunub.

İlkin mərhələdə 300-ə yaxın binanın sökülməsi gözlənilir. Bunun üçün tender elanı da verilib. Qiymtləndirici şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Hazırda söküntü ərazilərində kompensasiya məbləğləri müəyyən edilir və yeni tikililərdə vətəndaşlara yeni mənzillər təqdim olunur. Bununla bağlı vətəndaşlar və müvafiq qurumlar arasında danışıqlar gedir”, – deyə o bildirib.

Cəmiyyət sədri qeyd edib ki, baş verən dəyişikliklər qiymətlərə təsir etməklə yanaşı, şəhərin abadlaşdırılmasında rol oynayacaq:

“Yeni infrastruktur dəyişiklikləri mühüm yeniliklərlə nəticələnəcək. Həmin ərazilərdə qiymətlərin artımını gözləyirik. Çünki infrastruktur inkişaf edirsə, yaşıllıq sahələri artırsa, nəqliyyata əlçatanlıq varsa, qiymətlərin artımı qaçılmaz olur. Lakin digər ərazilərdə qiymətlərin stabilləşəcəyi gözlənilir.

Ümumi kontekstdə götürdükdə, bu, bahalaşmanın miqyasında müəyyən tənzimləyici faktor rolunu oynayacaq. Qiymətlərin artımı təkcə Azərbaycanla bağlı deyil. Dünyada baş verən bahalaşmalar da birbaşa ölkəmizə təsir edir. Əgər əvvəllər vətəndaşlara mənzil almaq üçün 10 yer təqdim olunurdusa, söküntüdən sonra binalar tikildikcə seçim sayı da artacaq”.

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, Bakı şəhərində binaların sökülməsi və yeni tikililərin inşası, adətən, mənzil bazarına birbaşa təsir edir və qiymətlərin artmasına səbəb ola bilər.

“Sökülən binaların yerində yeni və müasir tikililərin inşa edilməsi, ümumiyyətlə, daha yaxşı infrastruktur və xidmətlərlə yanaşı, daha yüksək qiymətlərə səbəb ola bilər. Yeni mənzillərin yüksək keyfiyyəti və daha yaxşı şəraiti alıcıların marağını artırır və qiymətlərin yüksəlməsinə təsir edir.

Binaların yerində yeni layihələr başlamazsa, mənzil sayı azalacaq. Bu, bazarda təklifin azalması ilə nəticələnəcək və qiymətlərin artmasına səbəb ola bilər. Xüsusilə şəhərin mərkəzi yerlərində olan binalar söküləndə, bu, daha çox hiss olunur. Binaların sökülməsi və yeni layihələrin həyata keçirilməsi ümumilikdə şəhərin infrastrukturunun inkişafını gətirə bilər. Bu, ərazinin cəlbediciliyini artırır və nəticədə, həmin ərazidəki mənzillərin qiymətləri yüksəlir”, – deyə o qeyd edib.

Previous Post

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Next Post

Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə maşın aldı

Next Post

Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə maşın aldı

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.