“Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir”.
Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır:
“Hazırda Azərbaycanda mal ətinə tələbatın 83.7%-i, qoyun ətinə tələbatın 94.2%-i, quş ətinə tələbatın isə 82%-i yerli istehsal hesabına ödənilir”.

