“Bitcoin”in dəyərində ciddi ucuzlaşma qeydə alınıb. Hazırda bu kriptovalyutanın qiyməti 62 min dollardan da aşağı səviyyədədir.
Bu rəqəmlər “Binance” birjasının göstəricilərində öz əksini tapıb.
Hərracların nəticələrinə əsasən, iyunun 4-ü cümə axşamına keçən gecə “Bitcoin”in qiyməti 61.4 min dollara qədər geriləyib.
Qeyd edək ki, bir ay bundan əvvəl onun dəyərində artım müşahidə edilirdi. Mayın 4-ü səhər saatlarında dünyanın ən populyar kriptovalyutasının məzənnəsi yanvar ayından bəri ilk dəfə olaraq 80 min dollarlıq psixoloji həddi keçmiş, ən yüksək nöqtədə isə onun qiyməti 80.2 min dollara çatmışdı.

