23.1 C
Baku
Cümə, İyun 5, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvDünyaKamçatka sahillərində ardıcıl 30-dan çox zəlzələ qeydə alınıb

Kamçatka sahillərində ardıcıl 30-dan çox zəlzələ qeydə alınıb

Altı maqnitudalı zəlzələnin ardınca Kamçatka yarımadasının sahillərində 30-dan artıq yeraltı təkan qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən TASS agentliyinə bildirilib.

“Sakit okean akvatoriyasında dəniz dibinin 41 kilometr dərinliyində 6 maqnitudalı seysmik hadisə baş verib. Qeyd olunub ki, hadisədən sonrakı bir neçə saat ərzində həmin bölgədə 30-a qədər zəlzələdən ibarət seysmik dalğa müşahidə edilib”, – deyə məlumatda vurğulanıb.

Ərazidəki yaşayış məntəqələrinin əhalisi tərəfindən yalnız 3 bala qədər gücü olan bir yeraltı təkan hiss edilib. Təbii fəlakətlə əlaqədar sunami xəbərdarlığı verilməyib.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner