24.1 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvŞou BiznesReper Ayşə vəfat etdi — FOTO

Reper Ayşə vəfat etdi — FOTO

“Aishe” ləqəbi ilə tanınan gənc rep ifaçısı Tuğçe Ayşe Güler vəfat edib. Bu barədə məlumat gənc sənətçinin sosial şəbəkə hesabında paylaşılıb. Onun ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, qardaşı sənətçinin həkim laqeydliyi ucbatından dünyasını dəyişdiyini iddia edib.
 
Median.Az xəbər verir ki, mərhumun qardaşının sözlərinə görə, Tuğçe Ayşe Güler əvvəlcə qulaq infeksiyası keçirib, daha sonra isə onda üz iflici yaranıb.
 
Əməliyyat olunduqdan sonra evə buraxılan ifaçıya təyin edilən kortizon müalicəsi damar iltihabına səbəb olub. Yaxınları xəstəxanada onlara qarşı laqeydlik edildiyini, dörd gün ərzində diaqnoz qoyulmadığını və reanimasiyaya gec yerləşdirildiyini bildiriblər. Qardaşı qeyd edib ki, revmatologiya şöbəsi xəstəliyi yalnız onun ölümündən bir gün əvvəl müəyyən edə bilib və gənc repçi həkimlərin gözü qarşısında laqeydlikdən dünyasını dəyişib./demokrat.az

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner