Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nümayəndə heyəti Ağdam və Füzuli şəhərlərinə səfər edib.
Bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov “X” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, səfər zamanı EEAS-in nümayəndə heyəti bərpa-quruculuq işləri və minatəmizləmə əməliyyatı ilə tanış olub.

