24.8 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvSiyasətKİV: Bakı-Tbilisi dəmiryolu nəqliyyatı bərpa olunur - TARİX DƏ AÇIQLANDI

KİV: Bakı-Tbilisi dəmiryolu nəqliyyatı bərpa olunur – TARİX DƏ AÇIQLANDI

Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryolu nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.

Median.Az-ın Gürcüstan KİV-ə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.

Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.

Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryolu daşımaları 6 illik fasilədən sonra 26 mayda bərpa olunacaq.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner