23.4 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvCəmiyyətBərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub

Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum ediblər.

Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub.

Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.

Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma apardığı deyilir.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner