24.8 C
Baku
Şənbə, İyun 6, 2026
REKLAM SAHƏSİ
728 × 90
EvCəmiyyətBakının daha bir stansiyasından rayonlara qatarla getmək mümkün olacaq

Bakının daha bir stansiyasından rayonlara qatarla getmək mümkün olacaq

İyunun 6-dan etibarən sərnişinlər Dərnəgül dayanacağından qatarla birbaşa bölgələrə səfər edə biləcəklər.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, ADY-nin yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı marşrutlar üzrə reyslər həyata keçiriləcək:

– Bakı-Qazax-Bakı

– Bakı-Ağstafa-Bakı (əlavə reyslər)

– Bakı-Balakən-Bakı

– Bakı-Qəbələ-Bakı

Qeyd olunub ki, sərnişinlər biletləri artıq ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

SON XƏBƏRLƏR
Mövzu üzrə
Banner
Banner