Şənbə, May 16, 2026
EvCəmiyyətŞəmkirdə itkin düşən 25 yaşlı qadın Bakıda tapıldı - FOTO

Şəmkirdə itkin düşən 25 yaşlı qadın Bakıda tapıldı – FOTO

Şəmkirdə itkin düşən iki uşaq anası tapılıb.

Bu gün səhər saatlarında Bakının “Şamaxinka” adlanan ərazisində gənc qadın Rüstəmova Şövqiyə Əjdər qızına yaxınlaşaraq ondan kömək istəyib.

Məlum olub ki, kömək istəyən qadın – Şəmkir rayonu Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızıdır.

Ş.Rüstəmova qadınla bağlı polisə müraciət edib.

G.Tanrıverdiyevanın qardaşı Alırzayev Ceyhun Qafqaz oğlu Oxu.Az-a bildirib ki, hazırda bacısını aparmaq üçün Bakıya gəlir.

Qeyd edək ki, G.Tanrıverdiyeva oktyabrın 17-də günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Bununla bağlı onun yaxınları polisə müraciət edib.

G.Tanrıverdiyeva iki uşaq anasıdır. Qadın əsəb xəstəliyindən əziyyət çəkdiyindən Bakıda və Şəmkir rayonunda dəfələrlə müalicə alıb.
/oxu.az/

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments