Bazar ertəsi, May 18, 2026
SİZİN REKLAMINIZ BURADA
EvCəmiyyətBakıda qara paltarlı adam mağazaya 3500 manatlıq ziyan vurdu - VİDEO

Bakıda qara paltarlı adam mağazaya 3500 manatlıq ziyan vurdu – VİDEO

Gecə vaxtı Bakıda oğurluq hadisəsi baş verib. Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” massivində qeydə alınıb.

Median.Az xəbər verir ki, bu barədə mağaza sahibi Trend-ə bildirib.

Onun verdiyi məlumata görə, qarətçi mağazaya səhər saat 5 radələrində daxil olaraq əlindəki küt alətlə qıfılı qırıb və 3500 manatlıq mal oğurlayıb:

“Oğurluq baş verən gün 2500 manatlıq mal gəlmişdi və hamısı bağlamada olub. Qarətçi içəri daxil olub həmin bağlamanı və vitrində olan mallardan bir neçəsini aparıb. Oğurluqla bağlı artıq polisə də məlumat vermişik”.

Mağazanın xanım sahibi bildirib ki, son bir həftədə həmin ərazidə artıq ikinci oğurluq hadisəsidir.

RELATED ARTICLES

Most Popular

Recent Comments

Banner
Banner