EvCəmiyyətQaxda 73 yaşlı piyadanı avtomobil vurub

Qaxda 73 yaşlı piyadanı avtomobil vurub

Qax rayonunda 73 yaşlı piyadanı avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1946-cı il təvəlludlü İbrahimxəlil Məcidovu yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı