Bakıda avtosalon yanıb, xəsarət alan var

Bakının Nizami rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində yerləşən “Avtopro” avtomobil salonunda baş verib.

Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım və polis əməkdaşları cəlb edilib.

Hadisə zamanı “Mercedes” markalı avtomobil yanıb. Digər avtomobillər alovdan mühafizə olunub.

Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Yanğın lokallaşdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *