Bakı-Sumqayıt yolunda iki nəfərin öldüyü dəhşətli qəza – VİDEO

Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Median.Az Trend-ə istinadla xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Reno” markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər.

Qəza yerinə Yol Partrul Xidmətinin əməkdaşları da cəlb olunublar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *