İmişli sakini ov zamanı güllə yarası alıb

İmişli sakini ov zamanı güllə yarası alıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə günorta saatlarında Sarı Su gölünün İmişli ərazisində olan hissəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Mahmudov Hikmət Güloğlan oğlunun əlindəki İJ-58 markalı tüfəngdən atılan güllə həmyerlisi,1984-cü il təvəllüdlü Yaqubov Samir Yusif oğlunun bud nahiyəsinə dəyib. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilərək Reanimasiya Şöbəsinə yerləşdirilib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *