Yevlax sakini avtobusda qadının çantasından qızıl oğurlayıb

Median.Az xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Muğan qəsəbəsində, sərnişin avtobusunda Ağdaş rayon sakini olan qadının çantasından 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş H.Bəkirov saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *