İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və Birinci vitse-prezidentə sərgi barədə məlumat verib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış olublar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *